ABŞ-ın İrana qarşı dəniz blokadası atəşkəsin pozulması kimi qiymətləndirilməlidir.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
O deyib ki, ABŞ danışıqlara hazır olduğu barədə bəyanatlar versə də, nümayiş etdirdiyi davranışlar diplomatik prosesdə ciddi niyyətinin olmadığını göstərir.
Bəqayinin sözlərinə görə, Hörmüz boğazının mühasirəyə alınması və İran gəmisinə hücum edilməsi atəşkəsin pozulması kimi qiymətləndirilməlidir.
O vurğulayıb ki, İran qərarlarını diqqətlə və milli maraqları nəzərə alaraq qəbul edir: “Biz ötən ilin baha başa gələn təcrübəsini unuda bilmərik. ABŞ iki dəfə diplomatiyaya xəyanət edib və İrana hücum edərək çoxsaylı görkəmli şəxslərin həlak olmasına səbəb olub. Diplomatiyada düşmənin planlarına qarşı ayıq olmaq bizim borcumuzdur”.
XİN sözçüsü qeyd edib ki, ABŞ əvvəllər sınaqdan çıxardığı qeyri-real və əsassız mövqelərində israr etməkdə davam edir.
Bəqai əlavə edib ki, Fars körfəzi və Hörmüz boğazında baş verən hadisələrin yeganə səbəbi ABŞ və İsrailin hərəkətləridir: “Onların addımlarına qədər Hörmüz boğazı təhlükəsiz idi. Buna görə də beynəlxalq ictimaiyyət bu bölgədəki vəziyyətlə bağlı onları cavabdeh bilməlidir”.