Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib
Ana Sayfa > Karusel / Dünya > İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib

İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib


20-04-2026, 10:43. Yazar: Admin

İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib

İran məhkəmə orqanlarının qərarı ilə İsrailin xarici kəşfiyyatı “Mossad”la əlaqəli casus şəbəkəsinin üzvləri Məhəmməd Məsum Şahi və Hamed Vəlidi edam olunub.

“Tasnim”in xəbərinə görə, adıçəkilən şəxslərin kiberməkan üzərindən və İraq Kürdüstanına səfərlər edərək əlaqələr qurduğu, daha sonra isə terror və təqib xarakterli əməliyyatlar üzrə hazırlıq keçdikdən sonra İrana qayıtdıqları bildirilir.

Məlumata görə, onlar mühüm obyektlərin koordinatlarının müəyyən edilməsi və ötürülməsi, həmçinin partlayıcı qurğuların hazırlanması üzrə təlim keçiblər, kriptovalyuta şəklində maliyyə vəsaiti əldə ediblər.


Geri dön