Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 816 milyon ədəd siqaret istehsal olunub.
Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.
Aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 15 milyon ədəd təşkil edib.
Bundan əlavə, I rübdə 503,3 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,4% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana, ümumilikdə, 323 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd siqaret idxal edilib. Hesabat dövründə Azərbaycandan 6 milyon 4,58 min ABŞ dolları dəyərində 374,8 milyon ədəd siqaret isə ixrac olunub.
| Ölkələr |
Siqaret idxalı, mln. ədəd |
Həcm, min ABŞ dolları |
| Türkiyə |
15,52 |
321,66 |
| Çin |
0,01 |
0,7 |
| Birləşmiş Ərəb Əmirlikləri |
- |
0,42 |
| Amerika Birləşmiş Ştatları |
- |
0,15 |
| Yaponiya |
- |
0,06
|
| Ölkələr |
Siqaret ixracı, mln ədəd |
Həcm, min ABŞ dolları |
| Gürcüstan |
255,51 |
4809 |
| Qırğızıstan |
99,78 |
989,72 |
| Ölkə təyin olunmayıb |
9,35 |
129,07 |
| Suriya Ərəb Respublikası |
10 |
70 |
| Qazaxıstan |
0,11 |
6,78 |