Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hakan Fidan: Türkiyə Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır
Ana Sayfa > Karusel / Siyasət > Hakan Fidan: Türkiyə Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Hakan Fidan: Türkiyə Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır


Dünən, 21:48. Yazar: Admin

Hakan Fidan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlər səviyyəsində Ukrayna ilə bağlı sülh danışıqları təşkil etməyə hazır olduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

XİN rəhbəri bildirib ki, Türkiyə prezidentinin həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə görüşləri zamanı bu cür danışıqları təşkil etməyə hazır olduğunu bildirib.

"Türkiyə Ukraynadakı sülh prosesinin bütün səviyyələrdə - həm texniki, həm də rəhbərlik səviyyəsində irəliləməsinə qoşulmağa hazırdır. Biz danışıqlar üçün platforma təmin etməyə, lazımi təşkilati dəstəyi göstərməyə və tərəflər arasında konstruktiv dialoq üçün şərait yaratmağa hazırıq", - Fidan əlavə edib.


Geri dön