Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avropalı diplomatlar ABŞ–İran razılaşmasının əks nəticə verəcəyindən ehtiyat edir
Ana Sayfa > Karusel / Siyasət > Avropalı diplomatlar ABŞ–İran razılaşmasının əks nəticə verəcəyindən ehtiyat edir

Avropalı diplomatlar ABŞ–İran razılaşmasının əks nəticə verəcəyindən ehtiyat edir


Bu gün, 18:53. Yazar: Admin

Avropalı diplomatlar ABŞ–İran razılaşmasının əks nəticə verəcəyindən ehtiyat edir

Avropalı diplomatlar hesab edir ki, ABŞ danışıqlar komandası İranla tez və diqqət cəlb edən razılaşma əldə etməyə çalışır və bu, mövcud problemləri həll etmək əvəzinə daha da möhkəmləndirə bilər.

Bu barədə Reuters-ə Tehranla danışıqlar təcrübəsi olan diplomatlar bildiriblər.

Onlar narahatdırlar ki, rəsmi Vaşinqton İranın nüvə proqramı və sanksiyaların yumşaldılması ilə bağlı səthi bir razılaşma əldə edə bilər. Bu isə sonrakı mərhələdə aylarla, hətta illərlə davam edən mürəkkəb texniki danışıqlara gətirib çıxaracaq.

“Problem razılaşmanın olmayacağı deyil,” – deyə Reuters-ə danışan səkkiz diplomatdan biri, yüksək vəzifəli avropalı diplomat bildirib. “Problem ondadır ki, ilkin mərhələdə uğursuz bir razılaşma əldə oluna bilər və bu da sonradan sonsuz problemlər yaradar.”

Ağ Ev bu tənqidləri rədd edib. Ağ Evin sözçüsü Anna Kelly bildirib: “Prezident Tramp ABŞ və Amerika xalqı üçün uğurlu razılaşmalar əldə etmək üzrə sübut olunmuş təcrübəyə malikdir və o, yalnız ABŞ-ın maraqlarını ön planda tutan razılaşmanı qəbul edəcək.”


Geri dön