Ana Sayfa > Karusel / Siyasət > Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb

Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb


14-04-2026, 20:31. Yazar: Admin

Roma Papası XIV Leo

 

Roma Papası müharibəni başa düşmür.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Tramp bildirib ki, Roma Papası müharibə haqda danışmamalıdır.

"Çünki onun nə baş verdiyi barədə heç bir fikri yoxdur. O başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb”, - Tramp vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.

Roma Papası XIV Leo ABŞ isə Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.


Geri dön