Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib

Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib


14-04-2026, 20:26. Yazar: Admin

 

Ceyhun Bayramov mərhum səfirdən yazdı - FOTO - Globalinfo.az

14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.


Geri dön