Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO
Ana Sayfa > Karusel / Hadisə > Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO


14-04-2026, 17:11. Yazar: Admin

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri dön