Ana Sayfa > Karusel / Dünya > Vens: ABŞ İranın Hörmüz boğazını tam açmasını gözləyir

Vens: ABŞ İranın Hörmüz boğazını tam açmasını gözləyir


14-04-2026, 10:53. Yazar: Admin

Vens: ABŞ İranın Hörmüz boğazını tam açmasını gözləyir

“ABŞ administrasiyası İrandan Hörmüz boğazını gəmiçilik üçün tam açmasını gözləyir, əks halda Vaşinqton və Tehran arasında mövcud danışıqlarda fundamental dəyişikliklər olacaq”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a açıqlamasında deyib.

"Lakin biz hələ boğazın tam açılmasını görməmişik. Ona görə də iranlıların Hörmüz boğazını açmaq üçün səylərini davam etdirəcəklərini gözləyirik. Əgər onlar bunu etməsələr, bu, onlarla apardığımız danışıqların gedişatını kökündən dəyişəcək", - o bildirib.


Geri dön