Ana Sayfa > Karusel / Dünya > Rusiya Buşehr AES-dən bütün işçilərini demək olar təxliyə edib

Rusiya Buşehr AES-dən bütün işçilərini demək olar təxliyə edib


13-04-2026, 21:04. Yazar: Admin

 

Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını demək olar təxliyə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev bildirib.

O qeyd edib ki, bu gün AES-dən 108 işçi təxliyə edilib, 20 nəfər isə avadanlıqlara nəzarət etmək üçün stansiyada qalacaq.

Lixaçev vurğulayıb ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub.

O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.


Geri dön