Ana Sayfa > Karusel / Region > Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”

Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”


19-01-2021, 17:37. Yazar: Admin

Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”

“Bizim mübarizəmiz terror təşkilatına qarşıdır. Aramızdakı əməkdaşlığı gücləndirməli və PKK terror təşkilatı qarşısında əzmlə durmalıyıq”.

Qarabaginfo.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqda səfərdə olarkən deyib.

“Məqsədimiz birlik və bərabərlik şəraitində PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, H. Akar İraq Kürdüstanı bölgəsinin Baş naziri Məsrur Bərzani və Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə ayrı-ayrılıqda görüşüb.


Geri dön