Ana Sayfa > Karusel / Dünya > Hakan Fidan: ABŞ-la İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs ola bilər

Hakan Fidan: ABŞ-la İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs ola bilər


13-04-2026, 12:47. Yazar: Admin

 

TRIPP with Ceyhun Bayramov we discussed for two hours - Hakan Fidan | Modern.az

Amerika Birləşmiş Ştatları və İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs baş tuta bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə müsahibəsi zamanı bildirib.

“Tərəflər, əslində, ilkin mövqelərini ortaya qoydular. Bu, normaldır. İlkin mövqelər həmişə bir qədər maksimalist olur. Daha sonra tərəflər bu vasitəçilik dəstəyi ilə bir nöqtədə ortaq məxrəcə gəlməyə çalışırlar. Əsad odur ki, atəşkəsə nail olmaq istiqamətində davamlı səmimi niyyət olsun. Mənim gördüyüm odur ki, hazırda hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir”, - Hakan Fidan qeyd edib.


Geri dön