Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Danışıqların birinci mərhələsi başa çatdı
Ana Sayfa > Karusel / Siyasət / Dünya > Danışıqların birinci mərhələsi başa çatdı

Danışıqların birinci mərhələsi başa çatdı


11-04-2026, 21:43. Yazar: Admin

danisiqlarin-birinci-merhelesi-basa-catdi

ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.

Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.

Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.


Geri dön