Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ADY taxıl daşımalarını artırıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > ADY taxıl daşımalarını artırıb

ADY taxıl daşımalarını artırıb


10-04-2026, 17:39. Yazar: Admin

ADY taxıl daşımalarını artırıb

Bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 152 min tona taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.

Bu barədə Qarabaginfo.az-a ADY-dən məlumat verilib.

Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu göstərici isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.


Geri dön