Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib
Ana Sayfa > Karusel / İqtisadiyyat > XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib


10-04-2026, 17:38. Yazar: Admin

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb.

Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, müvafiq döyüş tapşırığına uyğun ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri yoxlanılıb.

Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.


Geri dön