Ana Sayfa > Karusel / Kriminal > Rövşən Əhmədov barəsində axtarış qərarı verildi

Rövşən Əhmədov barəsində axtarış qərarı verildi


8-01-2018, 12:37. Yazar: Admin

 

Rövşən Əhmədov barəsində axtarış qərarı verildi

 

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədovun apellyasiya məhkəməsi davam etdirilib. 

"Qarabaginfo" “Qafqazinfo”a istinadən verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib. 

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb. Buna səbəb isə təqsirləndirilən R.Əhmədovun 2 dəfə intihara cəhd etməsi olub.

Məlumat üçün bildirək ki, R.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb. Baş Prokurorluq və zərərçəkən Ç.Baxşıyev hökmdən apellyasiya şikayəti veriblər və R.Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər.

Dekabrın 21-də R.Əhmədov yenidən həbs ediləcəyini deyərək xeyli miqdarda dərman içərək özünü zəhərləyib. O, Toksikologiya Mərkəzində müalicə olunub. İntihar etmədən öncə məktub yazaraq “təzədən şərlənərək həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır” deyə qeyd edib. Dekabrın 28-də isə R.Əhmədov hazırda müalicə aldığı “Semaşko” xəstəxanasında palata yoldaşının sistem bankasını sındırıraraq şüşə parçaları ilə qollarını və boyununu kəsib. Həkimlərin müdaxiləsi ilə onun özünü öldürməsinin qarşısı alınıb. Daha sonra R.Əhmədov psixi durumu ilə bağlı müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib. O, şikayət ərizəsində qeyd edib ki, bütün ömrü boyu işləyib yığdığı bir banka qızılı saxlaması üçün qohumu Rövşən Əhmədova verib. Sonra isə R.Əhmədov həmin qızılları mənimsəyib. Məhkəmədə ifadə verən R.Əhmədov isə qızılları Ç.Baxşıyevin qızına verdiyini deyib.


Geri dön