Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan neftinin qiyməti 120,44 dollar olub

Azərbaycan neftinin qiyməti 120,44 dollar olub


9-04-2026, 10:18. Yazar: Admin

Azərbaycan neftinin qiyməti 120,44 dollar olub

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 20,24 ABŞ dolları və ya 14,4% azalaraq 120,44 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 140,68 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Geri dön