Ana Sayfa > Karusel / Dünya > Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi

Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi


9-04-2026, 08:06. Yazar: Admin

qapali-gorusden-sonra-qezebli-paylasim-etdi

ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə qapalı keçirilən görüşdən sonra qəzəbli paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, o, “Truth” sosial şəbəkəsindəki hesabında NATO-ya ehtiyacları olanda onları dəstəkləmədiyini yazıb.

“NATO bizə ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenə ehtiyacımız olarsa, olmayacaq. Qrenlandiyanı xatırla, o böyük, pis idarə olunan buz parçasını!!!”, – Prezident bildirib.

Qeyd edək ki, Rutte CNN-ə açıqlamasında Trampın məyusluğunu başa düşdüyünü dilə gətirib.


Geri dön