Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 16 yaralı var - FOTO
Ana Sayfa > Karusel / Dünya > Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 16 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 16 yaralı var - FOTO


7-04-2026, 12:33. Yazar: Admin

Rusiya ordusu Ukraynada avtobusa dron zərbəsi endirib: 3 nəfər ölüb, 16 yaralı var - FOTO - YENİLƏNİB

Rusiya ordusunun Ukraynada avtobusa dron zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Nikopolda avtobusa hücumu nəticəsində artıq 16 nəfər yaralanıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qanja qeyd edib ki, yaralılardan üçünün vəziyyəti ağırdır, yerdə qalanların səhhəti isə orta-ağır qiymətləndirilir.


Geri dön