Ana Sayfa > Karusel / Dünya > Kuba ABŞ-la dialoqa hazır olduğunu açıqlayıb

Kuba ABŞ-la dialoqa hazır olduğunu açıqlayıb


7-04-2026, 11:06. Yazar: Admin

Kuba ABŞ-la dialoqa hazır olduğunu açıqlayıb

Kuba prezidenti Miqel Dias-Kanel Vaşinqtonla dialoqa hazır olduqlarını bildirib.

Bu barədə o, "X" hesabında yazıb.

Dias-Kanel ABŞ-ın tətbiq etdiyi blokadanın ölkəyə ciddi ziyan vurduğunu qeyd edib və xüsusilə enerji embarqosunun təsirlərini vurğulayıb.

O əlavə edib ki, Kuba hökuməti ABŞ-la ciddi və məsuliyyətli ikitərəfli dialoqa və mövcud fikir ayrılıqlarının həllinə hazırdır.


Geri dön