Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb
Ana Sayfa > Karusel / Dünya > Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb


7-04-2026, 10:46. Yazar: Admin

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

Küveytdə yerləşən Əli əl-Salem hava bazasına pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində ən azı 15 amerikalı yaralanıb.

Bu barədə “CBS News” iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, pilotsuz aparatın İran ərazisindən buraxıldığı ehtimal olunur. Mənbə bildirib ki, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti açıqlama yayaraq, 98-ci zərbə dalğası çərçivəsində Küveytdəki Əli əl-Salem bazasına və İraqdakı Viktoriya düşərgəsinə hücum etdiklərini bildirmişdi.

Açıqlamada, həmçinin Təl-Əviv, Hayfa, Petah Tikva və Beer-Şeva şəhərlərinin şimal və cənub istiqamətlərində də zərbələrin endirildiyi qeyd olunub.


Geri dön