Ana Sayfa > Karusel / Siyasət > Aİ lideri Pezeşkianla telefon danışığında İranı region ölkələrinə hücumlara son qoymağa çağırıb

Aİ lideri Pezeşkianla telefon danışığında İranı region ölkələrinə hücumlara son qoymağa çağırıb


6-04-2026, 15:41. Yazar: Admin

Aİ Şurası prezidenti Antonio Koşta

 

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ lideri “X” hesabında bildirib.

Koştanın sözlərinə görə, Yaxın Şərqdə beş həftəlik müharibədən sonra aydındır ki, bu münaqişənin köklü səbəblərini yalnız diplomatik yolla həll etmək mümkündür.

O qeyd edib ki, mülki infrastrukturun - enerji obyektlərinin hədəf alınması qeyri-qanuni və qəbuledilməzdir. Koşta əlavə edib ki, bu, Rusiyanın Ukraynadakı müharibəsinə aiddir.

“İranın mülki əhalisi rejimin əsas qurbanıdır. Xalq həm də genişlənən hərbi əməliyyatların əsas qurbanı olacaq”,- Koşta qeyd edib.

O, İranı region ölkələrinə hücumlara son qoymağa və Hörmüz boğazında hərəkəti təmin etməyə çağırıb.


Geri dön