Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 mln. manatı ötüb
Azərbaycan vətəndaşlarının xarici birjalara yatırımları ötən il 400 mln. manatı ötüb6-04-2026, 15:18. Yazar: Admin |
|
2025-ci ilin sonuna investisiya şirkətlərinin müştəri aktivlərinin ümumi həcmi 2,6 mlrd. manat təşkil edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, investisiya şirkətlərinin müştəri aktivləri 2024-cü ilə nisbətən 36,8% və ya 680 mln. manat artıb. Qeyd edilib ki, ümumi aktivlərin 2,32 mlrd. manatı xarici bazarlarda yerləşdirilmiş aktivlərin payına düşüb. Xarici bazarlarda yerləşdirilmiş müştəri aktivlərinin 82%-i və ya təxminən 1,9 mlrd. manatı hüquqi şəxslərin, 18%-i və ya təxminən 418 mln. manatı isə fiziki şəxslərin payına düşüb. Açıqlamaya əsasən, xarici bazarlara yönəldilmiş investisiyaların əsas hissəsi xarici ölkələrin dövlət və korporativ istiqrazlarına yatırılıb. Geri dön |