Ana Sayfa > Karusel / Region > İranda neft-kimya kompleksinə hava zərbələrində 5 nəfər yaralanıb

İranda neft-kimya kompleksinə hava zərbələrində 5 nəfər yaralanıb


4-04-2026, 13:19. Yazar: Admin

İranda neft-kimya kompleksinə hava zərbələrində 5 nəfər yaralanıb - YENİLƏNİB

İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr şəhərindəki neft-kimya kompleksinə və xüsusi neft-kimya zonasının ərazisinə hücumlar nəticəsində ən azı beş nəfər yaralanıb.

Xuzistan vilayətinin qubernator müavini Valiollah Hayati “Tasnim” agentliyinə verdiyi açıqlamada deyib ki, “zərbələr nəticəsində 5 nəfər yaralanıb, lakin ölüm hallarının olub-olmadığı hələ məlum deyil”.

Eyni zamanda İsrail təhlükəsizlik mənbələri təsdiqləyir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.


Geri dön