Ana Sayfa > Karusel / Dünya > Kreml Ukraynada müharibənin qaynar mərhələsinə son qoymaq üçün şərtlərini açıqlayıb

Kreml Ukraynada müharibənin qaynar mərhələsinə son qoymaq üçün şərtlərini açıqlayıb


3-04-2026, 14:06. Yazar: Admin

 

Moskauer Kreml | Typisch für Russland

“Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb.

Peskov vurğulayıb ki, Rusiya bütün göstərilən məqsədlərə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Kremlin sözçüsü Kiyevin qoşunlarını Donbasdan "bu gün, ya da daha yaxşısı, dünən" çıxarmalı olduğunu əlavə edib:
"Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı".


Geri dön