Ana Sayfa > Karusel / İqtisadiyyat > “Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır3-04-2026, 11:57. Yazar: Admin |
|
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ötən gün neftimiz 130,79 ABŞ dollarına ticarət edilib. Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Geri dön |