Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dənizkənarı Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
Ana Sayfa > Karusel / Gündəm > Dənizkənarı Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

Dənizkənarı Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb


2-04-2026, 17:14. Yazar: Admin

Dənizkənarı Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur.

Bu barədə Qarabaginfo.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Bununla bağlı sözügedən qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.

Qeyd edək ki, “Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.

Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Dənizkənarı Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb


Geri dön