İsrail ordusunun verdiyi məlumata görə, İran gecə ərzində İsrailə dörd raket atıb.
Qarabaginfo.az-ın məlumatına görə, rəsmi açıqlamada deyilir ki, hava hücumundan müdafiə sistemləri hədəflərini vurub.
Tasnim-in məlumatına görə, son hücum İsrailin şimalındakı Hayfa və Qalileya bölgəsinə endirilib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İrana hucumu başlanıb. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-ın hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də həlak olub.
