Ana Sayfa > Karusel / Mədəniyyət > Rasim Balayevlə vida mərasimi keçirilir –Prezident və Mehriban Əliyeva əklil göndərib

Rasim Balayevlə vida mərasimi keçirilir –Prezident və Mehriban Əliyeva əklil göndərib


30-03-2026, 12:45. Yazar: Admin

 

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Qarabqaginfo.az xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.

Rasim Balayevin cənazəsi gecə Bakıya gətirilib.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib.


Geri dön