Ana Sayfa > Karusel / Dünya > MKİ direktoru: ABŞ İranın uranı zənginləşdirməsi istiqamətində yeni addımlarını müşahidə etməyib

MKİ direktoru: ABŞ İranın uranı zənginləşdirməsi istiqamətində yeni addımlarını müşahidə etməyib


18-03-2026, 21:36. Yazar: Admin

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard

 

Ötən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi qabiliyyətini bərpa etməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bu gün Senatda İran müharibəsi ilə bağlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, ötən ilin iyun ayında – İsraillə 12 günlük müharibədə İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və o zamandan bəri ABŞ Tehran tərəfindən bu istiqamətdə yeni addımlar atıldığını müşahidə etməyib.

Qabbard qeyd edib ki, İranda rejim dəyişməsə, dron və raket proqramının yenidən qurulmasına başlayacaqlar.


Geri dön