Ana Sayfa > Karusel / Siyasət > Peskov Rusiyanın ABŞ-a qarşı kəşfiyyat məlumatlarını İrana ötürməsinə dair xəbərləri şərh etmir

Peskov Rusiyanın ABŞ-a qarşı kəşfiyyat məlumatlarını İrana ötürməsinə dair xəbərləri şərh etmir


18-03-2026, 14:17. Yazar: Admin

 

Kreml: "Krımın Ukraynaya qaytarılması mümkün deyil" | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Kreml Qərb mətbuatının Rusiyanın İranla ABŞ hərbi obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını paylaşmasına dair yayılan xəbərlərə münasibət bildirməyib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu müharibə ətrafında çoxlu müxtəlif məlumatların yayıldığını qeyd edib.

Onun sözlərinə görə, bu məlumatların böyük əksəriyyəti informasiya sızıntılarıdır.

"Bu məlumatların hər birinə şərh verməyi lazım bilmirik. Məsələ ilə bağlı ABŞ nümayəndəsinin sualları və şərhləri olub, o, bu barədə məlumatı olmadığını bildirib", - Kremlin sözçüsü vurğulayıb.


Geri dön