Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır
Ana Sayfa > Karusel / Dünya > KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır

KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır


17-03-2026, 10:18. Yazar: Admin

KİV: Körfəz ölkələri ABŞ-ı İrana qarşı əməliyyatı yarımçıq saxlamamağa çağırır

Körfəz ərəb ölkələri ABŞ-dan İranla müharibəyə başlamasını istəməsə də, hazırda Vaşinqtonu əməliyyatları yarımçıq saxlamamağa çağırır.

Bu barədə Körfəz ölkələrindəki üç mənbə Reuters agentliyinə bildirib.

Mənbələrin sözlərinə görə, region ölkələri İranın Körfəz neft marşrutlarına və bu resurslardan asılı iqtisadiyyatlara təhdid yarada biləcək imkanlarının qalmasını istəmir.

Eyni zamanda, həmin mənbələr, beş Qərb və ərəb diplomatı qeyd edib ki, ABŞ Körfəz ölkələrinə ABŞ-İsrail hərbi kampaniyasına qoşulmaq üçün təzyiq göstərir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu kampaniyaya regional dəstək nümayiş etdirməklə onun beynəlxalq legitimliyini və ölkə daxilində dəstəyi gücləndirməyə çalışır.


Geri dön