İranın xarici işlər naziri Abbas Əraqçi “Axios”un onun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqəni bərpa etdiyinə dair xəbərini təkzib edib.
Qarabaginfo.az xəbər verir ki, Əraqçi bu barədə öz “X” hesabında məlumat verib.
"Mənim cənab Uitkoffla son əlaqəm onun rəhbərinin İrana qarşı növbəti qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarı verməsindən əvvəl olub. Bunun əksini göstərən hər hansı məlumat, görünür, yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır", - XİN rəhbəri yazıb.