Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əraqçi: İsrail hərbi cinayətlərinə görə cəzalandırılmalıdır
Ana Sayfa > Karusel / Dünya > Əraqçi: İsrail hərbi cinayətlərinə görə cəzalandırılmalıdır

Əraqçi: İsrail hərbi cinayətlərinə görə cəzalandırılmalıdır


16-03-2026, 08:14. Yazar: Admin

İranın xarici işlər naziri Abbas Əraqçi

 

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququn pozulmasıdır və ekosid kimi qiymətləndirilə bilər.

Əraqçi qeyd edib ki, hücum nəticəsində İran sakinləri uzunmüddətli sağlamlıq problemləri ilə üzləşə bilər, həmçinin torpaq və yeraltı suların çirklənməsi baş verib.

“İsrail hərbi cinayətlərinə görə cəzalandırılmalıdır”, – deyə İran XİN rəhbəri vurğulayıb.


Geri dön