Ana Sayfa > Karusel / Hadisə > Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb


15-03-2026, 19:56. Yazar: Admin

Moskvada iki tramvay toqquşub, 25 nəfər xəsarət alıb - VİDEO

Moskvada iki tramvayın toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.

Qarabagifo.az xəbər verir ki, qəza Moskvanın Pokrovskoe-Streşnevo rayonunun Vodnikova küçəsində baş verib.

Tramvayların toqquşması nəticəsində yaralananlardan beşinin uşaq olduğu bildirilib.

Yaralıların 21 nəfərinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.


Geri dön