Ana Sayfa > Karusel / Dünya > Moskvaya PUA hücumu davam edir: indiyədək 65 dron vurulub

Moskvaya PUA hücumu davam edir: indiyədək 65 dron vurulub


15-03-2026, 09:46. Yazar: Admin

Moskvaya PUA hücumu davam edir: indiyədək 65 dron vurulub - YENİLƏNİB 2

Bu gün Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 65-ə çatıb.

Qarabagifo.az xəbər verir ki, bugünkü dron hücumu bu il Moskva və ətraf bölgələrə Ukraynanın ən böyük dron hücumu olub.

Moskva meri Sergey Sobyanin bu gün hava hücumundan müdafiə qüvvələrinin paytaxt istiqamətində uçan 65 dronu məhv etdiyini açıqlayıb.

Hazırda Ukraynanın Rusiya paytaxtına PUA hücumunun davam etdiyi bildirilib.

Moskva vilayətinin Troysk, Korolyov, Krasnopaxorsk, Dubna, Volokolamsk şəhərlərində dronların vurulduğu müşahidə olunub.

Bundan başqa, Moskva istiqamətində uçan dronlardan bir neçəsi də Kaluqa vilayətinin ərazisində vurulub.


Geri dön