Ana Sayfa > Karusel / Region > SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib

SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib


14-03-2026, 23:28. Yazar: Admin

Əbu əl-Qasım Babayan

 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.


Geri dön