Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əraqçi: ABŞ Xarq adasına hücumu qonşu ölkələrimizdən həyata keçirib, İran cavab verəcək
Ana Sayfa > Karusel / Siyasət > Əraqçi: ABŞ Xarq adasına hücumu qonşu ölkələrimizdən həyata keçirib, İran cavab verəcək

Əraqçi: ABŞ Xarq adasına hücumu qonşu ölkələrimizdən həyata keçirib, İran cavab verəcək


14-03-2026, 20:39. Yazar: Admin

İranın xarici işlər naziri Abbas Əraqçi

 

“Xarq adasına hücum qonşu ölkələrin ərazisindən həyata keçirilib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, İranın silahlı qüvvələri ölkənin enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək.

"Xarq adasına hücum qonşu dövlətlərimizin ərazisindən həyata keçirilib və ABŞ “HIMARS” buraxılış sistemlərindən istifadə edərək qonşu ölkədən raketlər atır. Biz bu hücumlara mütləq cavab verəcəyik", - o bildirib.

Əraqçi, eyni zamanda, Rusiya və Çini Tehranın strateji tərəfdaşları adlandırıb və hərbi əməkdaşlığın davam etdiyini qeyd edib.

O əlavə edib ki, “Hörmüz boğazı açıqdır, amma düşmən və müttəfiqlərinin tankerləri və gəmiləri üçün bağlı qalır”.


Geri dön