Ana Sayfa > Karusel / Dünya > ABŞ Mərkəzi Komandanlığı: İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçinin hamısı ölüb

ABŞ Mərkəzi Komandanlığı: İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçinin hamısı ölüb


13-03-2026, 21:08. Yazar: Admin

ABŞ Mərkəzi Komandanlığı: İraqda qəzaya uğrayan təyyarədəki 6 hərbçinin hamısı ölüb - YENİLƏNİB

İraqda təyyarə qəzası nəticəsində 6 ABŞ hərbçisi ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

***

13:41

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 6 hərbçidən dördü ölüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır, xilasetmə işləri aparılır.

Eyni zamanda, təyyarənin düşmən və ya müttəfiqlər tərəfindən vurulmadığı qeyd olunub.

***

02:34

ABŞ ordusunun İraqın qərbində qəzaya uğrayan “KC-135” tipli yanacaq dolduran təyyarəsinin 6 ekipaj üzvünün hamısı həlak olub.

Qarabaginfo.az xəbər verir ki, zədələnmiş bir digər “KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.

Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.


Geri dön