Ana Sayfa > Karusel / Region > Tehran yaxınlığında SEPAH obyektlərinin yerləşdiyi ərazidə partlayışlar baş verib

Tehran yaxınlığında SEPAH obyektlərinin yerləşdiyi ərazidə partlayışlar baş verib


10-03-2026, 08:27. Yazar: Admin

Tehran yaxınlığında SEPAH obyektlərinin yerləşdiyi ərazidə partlayışlar baş verib

Tehranın yaxınlığında yerləşən Kərəc şəhərində güclü partlayışlar baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Məlumata görə, bombardmanın hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hərbi obyektlərin yerləşdiyi ərazi olub.

Bildirilir ki, Tehranın qərbində yerləşən Kərəcdə SEPAH obyektlərinə bir neçə zərbə endirilib.

Hadisə nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.


Geri dön