Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Ərdoğana zəng edib, Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb

Prezident İlham Əliyev Ərdoğana zəng edib, Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb


9-03-2026, 20:43. Yazar: Admin

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.


Geri dön