Ana Sayfa > Karusel / Dünya > Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib

Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib


9-03-2026, 20:42. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Rəhbəri kimi Müctəba Xameneinjn təyin olunmasından məmnun olmadığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, o bu barədə “New York Post”a müsahibəsində deyib.

“Sizə deməyəcəyəm. Mən ondan məmnun deyiləm”, – Tramp Müctəba Xamenei ilə bağlı planları barədə sualı cavablandırarkən bildirib.

O, eyni zamanda, ABŞ-ın İrana quru qoşunları yerləşdirə biləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Tramp qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib.

“Biz bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın deyilik”, – ABŞ prezidenti vurğulayıb.


Geri dön