Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Böyük Britaniyanın texnologiya şirkəti ilə əməkdaşlıq edəcək
Ana Sayfa > Karusel / Dünya > Azərbaycan Böyük Britaniyanın texnologiya şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Böyük Britaniyanın texnologiya şirkəti ilə əməkdaşlıq edəcək


5-03-2026, 20:44. Yazar: Admin

Azərbaycan Böyük Britaniyanın texnologiya şirkəti ilə əməkdaşlıq edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.


Geri dön