Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50%-dən çox artıb
Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı 50%-dən çox artıb2-03-2026, 17:20. Yazar: Admin |
|
Ötən ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 31 manat həcmində 3 386 fırıldaqçılıq halı baş verib. Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, III rüblə müqayisədə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 50,45%, sayı isə 51,63% çoxdur. Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20,01 % artaraq 370 min 444 manat təşkil edib, fırıldaqçılıq hallarının sayı isə 29,7 % azalaraq 5 439 olub. Geri dön |