Ana Sayfa > Karusel / Region > Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq

Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq


2-03-2026, 16:59. Yazar: Admin

 

Picture background

Azərbaycan və Rusiya qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.

Bildirilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

 


Geri dön