Ana Sayfa > Karusel / Dünya > Zelenski Əbu-Dabidə keçirilməsi nəzərdə tutulmuş Ukrayna-Rusiya görüşünün təxirə salınacağından narahatdır

Zelenski Əbu-Dabidə keçirilməsi nəzərdə tutulmuş Ukrayna-Rusiya görüşünün təxirə salınacağından narahatdır


2-03-2026, 16:02. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunun martın 5–8-də Əbu-Dabidə keçirilməsi planlaşdırılırdı.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Volodimir Zelenski “RBK-Ukraina”ya bildirib.

O qeyd edib ki, İran ətrafındakı vəziyyətlə əlaqədar Kiyev görüşün baş tutacağını təsdiqləyə bilmir.

“Hazırkı hərbi əməliyyatlarla əlaqədar görüşün məhz Əbu-Dabidə keçiriləcəyini təsdiqləyə bilmirik. Bununla belə, görüş ləğv olunmayıb”, – deyə o vurğulayıb.

Zelenski əlavə edib ki, görüş mütləq keçirilməlidir, çünki bu, Kiyev üçün vacibdir. “Həm görüş, həm nəticələr, həm də mübadilə çox vacibdir”, – deyə Ukrayna Prezidenti qeyd edib.


Geri dön