Ana Sayfa > Karusel / Dünya > Ukrayna-Rusiya danışıqları Türkiyədə keçirilə bilər - ZELENSKİ

Ukrayna-Rusiya danışıqları Türkiyədə keçirilə bilər - ZELENSKİ


2-03-2026, 15:47. Yazar: Admin

Ukrayna-Rusiya danışıqları Türkiyədə keçirilə bilər - ZELENSKİ

 

5-6 mart tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar Yaxın Şərqdəki müharibə səbəbindən Türkiyəyə və ya İsveçrəyə keçirilə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib.

O hələlik tarixdə dəyişikliyin olmadığını da qeyd edib.

"Heç kim görüşü ləğv etməyib, o, baş tutmalıdır. Görüş bizim üçün vacibdir və nəticələr vacibdir. Və fikir mübadiləsi vacibdir" - o bildirib. 

Zelenski çıxışı zamanı İrandakı müharibənin Putinə diktaturaların necə bitəcəyi barədə siqnal olduğunu da vurğulayıb. 


Geri dön