Ana Sayfa > Karusel / Gündəm > Postlardan 4 min maşın geri qaytarıldı
Postlardan 4 min maşın geri qaytarıldı18-01-2021, 10:51. Yazar: Admin |
Yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub:
“Eyni zamanda ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir”.
DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edir. Geri dön |