Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanıldı


18-01-2021, 10:10. Yazar: Admin

 

Milli Məclis binasına dəyən zərərin məbləği AÇIQLANIB - Modern.Az Azərbaycan və dünya xəbərləri

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçirilməsinə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, artıq yanvarın 15-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu gün - yanvarın 18-də isə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə isə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.


Geri dön