Ana Sayfa > Karusel / Region > İraqda İranın dəstəklədiyi hərbi birləşmələrin bazalarına hücum edilib

İraqda İranın dəstəklədiyi hərbi birləşmələrin bazalarına hücum edilib


28-02-2026, 14:23. Yazar: Admin

İraqda İranın dəstəklədiyi hərbi birləşmələrin bazalarına hücum edilib

İraqda İran tərəfdarı silahlı birləşmələrin bazasına hücum edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə anonim mənbələr “AFP” agentliyinə məlumat verib.

Bildirilib ki, hücum “Kataib Hizbullah”ın 47-ci briqadasının yerləşdiyi obyektə yönəlib.

İddialara görə, zərbələr nəticəsində azı iki nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun kimin tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.


Geri dön